İran Hörmüzdən rüsum yığır - İlk gəlir Mərkəzi Banka köçürüldü

İran Hörmüzdən rüsum yığır - İlk gəlir Mərkəzi Banka köçürüldü
Kateqoriya məlum deyil
T

İran hakimiyyəti ilk dəfə olaraq Hörmüz boğazı üzərindən keçən gəmilərdən toplanan rüsumlardan gəlir əldə edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədr müavini Hacı Babai açıqlama verib.

 

"Fars" xəbər agentliyi onun sözlərinə istinadən bildirib ki, boğazdan yığılan rüsumlardan əldə edilən ilk vəsait artıq İran Mərkəzi Bankı hesabına köçürülüb.

 

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıq olduğunu elan etmişdi. Lakin ABŞ tərəfi yekun razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bəyan edib.

 

Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin blokadası tam aradan qaldırılmayana qədər boğazın bağlandığını açıqlayıb. Qurum gəmi sahiblərini İranın tövsiyələrinə ciddi əməl etməyə çağırıb və ABŞ prezidenti Donald Trampın məsələ ilə bağlı açıqlamalarını “etibarsız” adlandırıb.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ