ABŞ–İran danışıqlarında fərziyyələr: Ağ Evdən açıqlama

ABŞ–İran danışıqlarında fərziyyələr: Ağ Evdən açıqlama
Kateqoriya məlum deyil
T

Ağ Evin mətbuat katibi Kerolin Livit ABŞ və İran arasında mümkün sülh danışıqları ilə bağlı vəziyyəti qeyri-sabit adlandırıb.

 

Sfera.az-ın məlumatına görə, o bildirib ki, aparılan müzakirələr həssas diplomatik xarakter daşıyır və rəsmi açıqlama yalnız Ağ Ev tərəfindən veriləcək:


“Bu, dəyişkən bir vəziyyətdir və görüşlərlə bağlı fərziyyələr rəsmi elan olunana qədər qəti hesab edilməməlidir”, – deyə o, ABC telekanalına bildirib.

 

ABC-nin məlumatına görə, ABŞ-nin xüsusi elçisi Stiven Vitkoff və vitse-prezident C.D.Vensin Pakistanda İranla danışıqlar aparmaq ehtimalı müzakirə olunur. Pakistan rəsmisi bildirib ki, İslamabadda üzbəüz görüş də daxil olmaqla bir neçə variant nəzərdən keçirilir, lakin hələlik yekun qərar verilməyib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ