Rza Pəhləvidən xalqa müraciət: "Son çağırışımı gözləyin"

ABŞ və İsrailin İrana qarşı hücumları davam etdiyi bir vaxtda, keçmiş şahın oğlu Rza Pəhləvi İran xalqına müraciət edərək insanları rejimə qarşı etiraza səsləyib.
Sfera.az xəbər verir ki, Rza Pəhləvi sosial şəbəkə hesabında paylaşım edərək İran vətəndaşlarını bildirib: “Artıq son mübarizəmizin həlledici mərhələsindəyik. Ən qısa zamanda əsas ehtiyaclarınızı təmin edin. Təhlükəsizliyiniz üçün küçələrdən çəkilib evlərinizdə qalın. Tətil aksiyalarını davam etdirin və işə getməyin. Birliyinizi göstərmək üçün gecələr şüarlar səsləndirməyə davam edin. Ordu və təhlükəsizlik qüvvələrinə səslənirəm: xalqın yanında yer almaq və repressiv qüvvələrdən ayrılmaq üçün bu sizin son şansınızdır. Son çağırışımı gözləyin”.
Qeyd edək ki, Rza Pəhləvi İsrailin baş naziri Benyamin Netanyahu ilə yaxın münasibətləri ilə də tanınır. O, 2023-cü ildə İsrailə səfər edərək Netanyahu ilə görüşmüşdü.
Bəsti Rəfizadə
Sfera.az
