Tramp müharibəni dayandıra bilər - ABŞ istəyinə çox yaxındır

Tramp müharibəni dayandıra bilər - ABŞ istəyinə çox yaxındır
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp son çıxışlarından birində Yaxın Şərqdə davam edən qarşıdurma ilə bağlı müharibənin əsasən başa çatdığını bildirib. Onun bu açıqlaması beynəlxalq ictimaiyyətdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Bu bəyanat regionda baş verən son hərbi və diplomatik proseslərin fonunda verilib və Vaşinqtonun mövcud vəziyyətə dair qiymətləndirməsini əks etdirir. ABŞ rəhbərliyinin belə bir açıqlama verməsi həm regiondakı hərbi əməliyyatların miqyası, həm də tərəflər arasında mümkün siyasi razılaşmalarla bağlı suallar yaradır. Bəzi müşahidəçilər bunu münaqişənin aktiv fazasının zəifləməsi kimi qiymətləndirir, digərləri isə bunun daha çox siyasi mesaj olduğunu düşünür.


Bəs görəsən, ABŞ prezidentinin bu açıqlaması nəyi nəzərdə tutur? Donald Tramp “müharibə əsasən başa çatıb” deməklə nəyi ifadə etmək istəyir? 

 

Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin niyyəti daha çox Ali Dini Rəhbər seçkisinə müdaxilə etmək idi.

 

Onun sözlərinə görə, ABŞ çalışırdı ki, istədiyi şəxs İrana rəhbər seçilsin:


“Trampın bu dövrlərdə verdiyi açıqlamalardan da aydın olurdu ki, ABŞ İsraildən fərqli olaraq nəinki İranın parçalanmasını, heç rejim dəyişiklikliyini də istəmirdi. ABŞ-nin əsas istəyi İrana özünün istədiyi şəxsi rəhbər olaraq gətirməkdir. Donald Tramp açıqlamasında bildirib ki, indiki rejimin qalmasını istəmirik. Yeni Ali Dini rəhbər seçə bilərlər, amma bu elə bir şəxs olmalıdır ki, bizimlə danışa bilsin və ABŞ ilə problemləri bitirsin. Müctəba Xamaeinin seçilməsi isə ABŞ-nin xeyrinə olmayacaq. Böyük ehtimalla SEPAH-a çox yaxın bir şəxsdir. 2005-ci il prezident seçkilərindən sonra onun dəstəyi ilə Mamud Əhməd Nejat prezident seçildi. Bundan sonra faktiki olaraq bu şəxs SEPAH-da əsas söz sahiblərindən biri oldu. SEPAH-ın içərisində təyinatlar Müctəbanın razılığı ilə seçilirdi”.

 


Politoloq qeyd edib ki, İranda yarım hərbi qüvvələrin də rəhbərliyi Müctəbadadır:

 

“Yəni, bu onu göstərir ki, Müctəba Xamaeinin Ali Dini rəhbər seçilməsi, ABŞ-nin çox da xeyrinə deyil. Amma Tramp əməliyyatları yumşalda bilər. Düşünürəm ki, yeni Ali Dini rəhbərin ofisindən Ağ Evlə müəyyən danışıqlar getsin. Əsas mövzu isə əməliyyatların dayandırılması müqabilində nüvə silahından imtina məsələsi olacaq. Ümumilikdə indi Müctəbanın üzərinə düşən əsas vəzifə məhz ABŞ ilə razılığa gələrək müharibəni dayandırmaqdır. Çünki, bu müharibə dağıntılara səbəb olur və özünün hakimiyyətini legitimləşdirməyə imkan vermir. Eyni zamanda özünü də, atası kimi hədəf halına gətirir. Düşünürəm ki, tezliklə bu məsələ həllini tapacaq".

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ