Bloqerlərin bu paylaşımları təhlükə yaradır

Bloqerlərin bu paylaşımları təhlükə yaradır
Kateqoriya məlum deyil
T

 

Türkiyə Səhiyyə İnstitutları Rəyasətliyinin (TÜSEB) İctimai Səhiyyə və Xroniki Xəstəliklər İnstitutunun hazırladığı yeni hesabatda sosial mediada yayılan “limitsiz menyular” və gecə qəlyanaltı məzmununun sağlam olmayan qidalanma vərdişlərini normallaşdırdığı və ictimai səhiyyə üçün ciddi təhlükə yaratdığı vurğulanıb.

 

Sfera.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hesabatlarda qeyd olunur ki, gecə saatlarında yemək yemək ölüm riskini 21 faiz artırır. Bu həmçinin depressiya və narahatlıq kimi psixoloji problemlərə səbəb ola bilər.

 

Sosial mediada yayılan “mukbang” trendi — bir şəxsin böyük həcmdə yemək yeyərək prosesi canlı və ya video formatında izləyicilərlə paylaşması — sağlam qidalanma vərdişlərini pozur və xüsusilə gənclər arasında riskləri artırır. Hesabatda diqqətəlayiq tövsiyələr də yer alıb. Qidalanma pozuntularını tetikleyen məzmuna girişin məhdudlaşdırılması və saat 22:00-dan 06:00-a qədər yemək sifarişi tətbiqlərinin bağlanması tövsiyə olunur. TÜSEB mütəxəssisləri həmçinin valideynləri və gəncləri sosial mediada sağlam olmayan qida vərdişləri ilə bağlı maarifləndirməyə çağırıb.

 

Hesabatın müəllifləri bildirirlər ki, sosial mediada yayılan zərərli qidalanma trend və məzmunlarının tənzimlənməsi ictimai sağlamlıq üçün vacib addımdır və gecə qəlyanaltılarının təhlükələri barədə cəmiyyətin məlumatlılığının artırılması zəruridir.

 

Mənsumə

Sfera.az

PAYLAŞ