Türkiyəli məşhurlar saxlanıldı - FOTO

İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqının bir hissəsi olaraq, məşhurlar da daxil olmaqla çoxsaylı şübhəlilər haqqında həbs qərarı verilib.
Sfera.az xəbər verir ki, 11 məşhur şəxs saxlanılıb.
İstanbul, Ankara, Muğla və Yalovada keçirilən əməliyyatlarda komediya ustası Hasan Can Kaya, Yusuf Aktaş (Reymen adı ilə tanınır), Emirhan Çakal, Mazlum Aktürk, Mert Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Berkcan Güven və Fırat Yadı ələ keçirilib.
Jandarma qrupları təyin olunmuş ünvanlara keçirilən reydlər zamanı rəqəmsal materiallar və müxtəlif dəlillər müsadirə edib.
Onlar "narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti", "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmək" və "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi üçün alınması, qəbul edilməsi və ya saxlanması" ittihamları ilə saxlanılıb.
Narkotik istintaqının bir hissəsi olaraq saxlanılması əmri verilən, lakin hazırda xaricdə olan aşağıdakı bir neçə şəxs haqqında həbs qərarı verilib:
Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kamal Can Parlak, Çağrı Taner, Turqut Ekim, Barbaros Dikmen, Yaren Alaca, Nisa Bölükbaşı.
Firuzə Əliyeva
Sfera.az


