Bu halda Ermənistan Aİ-yə üzv ola bilməyəcək - Rusiya XİN

Ermənistan Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünü qoruyub saxlayacağı təqdirdə, onun Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü mümkün deyil.
Sfera.az “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əlbəttə ki, AB üzvlüyünə doğru irəliləmək AİB-də üzvlüyü qorumaqla uyğun gələ bilməz. Əgər Ermənistan Baş naziri Nikol Paşinyanın dediyi kimi, müvafiq qərarlar qəbul edərsə və onları erməni xalqının iradəsinə uyğun şəkildə qəbul edərsə, bu, Ermənistanın və erməni xalqının hüququdur”, - Lavrov deyib.
"Seçimi Ermənistan xalqı və Ermənistan rəhbərliyi etməlidir. Lakin həm burada, həm də orada iştirakın birləşdirilməsi qəti şəkildə istisna olunur", - Rusiya xarici işlər naziri əlavə edib.
Firuzə Əliyeva
Sfera.az
