Əbdülqadir Uraloğlu: "Türkiyə lazımi xəbərdarlığı verib"

Türkiyə Qara dənizdə gəmilərə qarşı həyata keçirilən son hücumları tərəfdaş ölkələrlə müzakirə edib, bununla bağlı “lazımi xəbərdarlıqlar” verib və dəniz təhlükəsizliyi üzrə monitorinq sistemini gücləndirməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu “NTV” telekanalına müsahibəsində bildirib. Nazirin sözlərinə görə, müasir dövrdə müharibənin forması və xarakteri dəyişib, artıq dronlar, pilotsuz nəqliyyat vasitələri və pilotsuz qayıqlardan geniş istifadə olunur. O qeyd edib ki, son hücumlar zamanı, onlardan biri Odessa limanında olmaqla, dörd gəmi hədəf alınıb. Əbdülqadir Uraloğlu vurğulayıb ki, məsələ Daxili İşlər Nazirliyi və tərəfdaşlarla müzakirə edilib və müvafiq xəbərdarlıqlar edilib.
Nazir əlavə edib ki, Türkiyə öz hüquq və mənafelərini təkcə ərazi sularında deyil, bütün dəniz məkanlarında qorumaqda qərarlıdır.
Niyaz Hacıyev
Sfera.az
