Məşhur bloqqer dəhşətli qəzada həlak oldu

Məşhur bloqqer dəhşətli qəzada həlak oldu
Kateqoriya məlum deyil
T

Bavariyadan olan gənc qadın və tanınmış gözəllik influenseri 23 iyunda Dolomitlərdə baş verən faciəli qəzadan 19 gün sonra aldığı xəsarətlərdən vəfat edib.

30 yaşlı Laura Victoria Hertig Sella aşırımında dağ yolunda velosipedlə hərəkətdə olarkən, döngəni dönərkən əks istiqamətdə hərəkət edən motosikletlə toqquşub.

Sfera.az xəbər verir ki, 30 yaşlı influnser İtaliyada Alp dağlarında bal ayı zamanı avtomobil qəzasına uğrayaraq vəfat edib. Zərbənin gücündən bloqqerin velosipedi iki yerə bölünüb.

Bir vaxtlar məşhur italyan xizəkçisi olan Peter Runggaldjenin motosiklet sürdüyü məlum olub. O, 1991-ci il Dünya Çempionatında enişdə gümüş, 1995-ci ildə isə Dünya Kuboku titulunu qazanıb.

O da həmçinin qəzada ağır xəsarətlər alıb və Trentodakı xəstəxanaya vertolyotla çatdırılıb. Laura Hertiq qəza yerində reanimasiya edilib və daha sonra vertolyotla Bolzanodakı xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı uğrunda iki həftədən çox mübarizə aparıblar. 9 iyulda o, ailəsinin yaxınlığındakı Bavariyanın Murnau şəhərindəki ixtisaslaşmış klinikaya köçürülüb. Lakin bazar günü 30 yaşlı idmançı ağır xəsarətlərdən vəfat edib.

Bloqqer cəmi bir neçə gün əvvəl Cənubi Tirolda evlənib. O və həyat yoldaşı Tilman çox sevdiyi dağlarda bal ayı keçirməyi planlaşdırmışdılar.

Laura Viktoriya Hertiq “İnstaqram” kanalında müntəzəm olaraq dağ gəzintilərinin və açıq hava macəralarının fotolarını izləyiciləri ilə paylaşırdı. Onun son paylaşımı - mənzərəli Alp dağlarının fonunda xəyalındakı toyunun fotoları (faciədən cəmi iki gün əvvəl) paylaşılmışdı.

Yaralammış idmançının polislə əməkdaşlıq etdiyi bildirilir. Hazırda Trento prokurorluğu ölümcül qəzanın səbəblərini araşdırır.

Aynil

PAYLAŞ