Smartfonun yavaş enerji doldurulmasının ən çox rast gəlinən səbəbləri

Smartfonun yavaş enerji doldurulmasının ən çox rast gəlinən səbəbləri
Kateqoriya məlum deyil
T

Smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İş, təhsil, ünsiyyət və əyləncə üçün istifadə olunan bu cihazların sürətli enerji doldurulması istifadəçilər üçün böyük əhəmiyyət daşıyır. Lakin bir çox hallarda telefonlar əvvəlki kimi sürətli enerji toplamır və doldurulma müddəti nəzərəçarpacaq dərəcədə uzanır. Mütəxəssislərin fikrincə, bunun səbəbi təkcə batareyanın köhnəlməsi deyil, həm də istifadə vərdişləri, aksesuar seçimi və proqram təminatı ilə bağlı ola bilər.

Sfera.az smartfonun yavaş enerji doldurulmasının ən çox rast gəlinən 5 səbəbini təqdim edir:

Arxa planda işləyən tətbiqlər

Enerji doldurulması zamanı arxa planda aktiv qalan tətbiqlər enerji sərf etməyə davam edir. Bu isə batareyaya daxil olan enerjinin bir hissəsinin dərhal istifadə olunmasına və telefonun daha gec dolmasına səbəb olur.

Köhnəlmiş telefon və batareya

Uzun müddət istifadə olunan smartfonlarda batareya və digər aparat hissələri zamanla köhnəlir. Bu da həm ümumi performansın, həm də enerji sürətinin azalmasına gətirib çıxarır.

Zədələnmiş kabel və ya uyğun olmayan adapter

Keyfiyyətsiz və ya zədələnmiş enerji kabeli, eləcə də orijinal olmayan adapter enerji ötürülməsini zəiflədir. Mütəxəssislər istehsalçının tövsiyə etdiyi adapter və kabeldən istifadə etməyi məsləhət görürlər.

Elektrik mənbəyi

Telefonu kompüterin USB portu vasitəsilə doldurmaq adətən divar rozetkası ilə müqayisədə daha yavaş olur. Köhnə və ya nasaz elektrik xətləri də enerji sürətinə mənfi təsir göstərə bilər.

Proqram təminatının köhnə olması

Əməliyyat sistemi və tətbiqlərin yenilənməməsi batareyanın idarə olunmasına mənfi təsir edir. Müntəzəm proqram yeniləmələri həm cihazın performansını, həm də enerji doldurulması prosesini optimallaşdırmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, sadə istifadə qaydalarına əməl etmək, orijinal aksesuarlardan istifadə etmək və proqram təminatını vaxtında yeniləmək telefonun daha sürətli və təhlükəsiz enrji doldurulmasına, eyni zamanda batareyanın xidmət müddətinin uzanmasına kömək edə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ