“Xiaomi” yeni telefonunu təqdim edəcək

“Xiaomi” yeni telefonunu təqdim edəcək
Kateqoriya məlum deyil
T

“Xiaomi”nin yeni əməliyyat sistemi “HyperOS 4”ün gələn ay təqdim ediləcəyi gözlənilir. Şirkətin yeni proqram təminatının istifadəçilərə daha yüksek performans və süni intellekt imkanları təqdim edəcəyi bildirilib.

Sfera.az xəbər verir ki, məlumata əsasən, yeni əməliyyat sistemi köhnə MIUI kodlarından tamamilə imtina edilərək “Rust” proqramlaşdırma dili və “Flutter” platforması əsasında yenidən hazırlanıb.İlkin sınaqlar göstərib ki, sistemin işləmə axıcılığı təxminən 40 faiz artıb, boş vəziyyətdə operativ yaddaşdan (RAM) istifadə isə 30 faizə qədər azalıb.

Bundan əlavə, arxa planda işləyən tətbiqlərin fəaliyyət müddəti 35 faiz uzadılıb, uzunmüddətli istifadədə performans itkisi isə cəmi 5 faiz səviyyəsində saxlanılıb. Bunun sayəsində cihazların bir ildən sonra da ilk günkü kimi sürətli işləməsi hədəflənir.“HyperOS 4” istifadəçilərə “Liquid Glass” (Maye Şüşə) dizayn konsepsiyası əsasında hazırlanmış yeni interfeys təqdim edəcək. Burada “Şəffaf” və “Yumşaq” rejimləri də yer alacaq.Yenilənmə ilə smartfon, planşet, ağıllı ev cihazları və avtomobillər arasında fayl ötürmə sürətinin 300 faizə qədər artırılacağı bildirilir.

Eyni zamanda, cihazlar arasında tətbiqlərin fasiləsiz işləməsi və qarşılıqlı əlaqə daha da təkmilləşdiriləcək.Yeni sistemə inteqrasiya edilən “Mimo” və “Miclaw” adlı daxili süni intellekt modelləri sənədlərin xülasəsini hazırlamaq, internet bağlantısı olmadan tərcümə etmək və digər funksiyaları yerinə yetirməyə imkan verəcək. Süni intellekt internetə qoşulmadan foto redaktəsi kimi mürəkkəb əməliyyatları da birbaşa cihaz daxilində icra edəcək ki, bu da həm sürəti artıracaq, həm də istifadəçi məlumatlarının təhlükəsizliyini gücləndirəcək.

Bildirilib ki, “HyperOS 4” ilk olaraq “Xiaomi 18” seriyası və ya şirkətin yeni nəsil qatlana bilən smartfonu ilə birlikdə təqdim ediləcək. Daha sonra yenilənmə mərhələli şəkildə digər modellər üçün də əlçatan olacaq. İlk mərhələdə yeniləməni alacağı gözlənilən cihazlar sırasında “Xiaomi 17”, “Xiaomi 15” və “Redmi K90” seriyası da yer alır.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ