"TikTok"da bir nömrə kimdir? - Tramp açıqladı

"TikTok"da bir nömrə kimdir? - Tramp açıqladı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə platforması olan "TikTok"da onun yer aldığı videoların rekord baxış sayı topladığını iddia edib.

Sfera.az xəbər verir ki, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə görüşü zamanı açıqlama verib.

ABŞ lideri bildirib ki, son vaxtlar "TikTok"u tənqid edənlərin çox olduğunu eşitsə də, platformada ən populyar şəxsin məhz özü olduğunu düşünür.

"Dünən statistika açıqlanıb. Bilirsiniz, "TikTok"da bir nömrə kimdir? Mənəm. Mən "TikTok"da bir nömrəyəm", - Tramp bildirib.

O, həmçinin iddia edib ki, onun yer aldığı videolar ümumilikdə 4 milyard baxış toplayıb.

Lakin Trampın səsləndirdiyi bu rəqəmləri təsdiqləyən rəsmi statistika hələlik açıqlanmayıb. ABŞ Prezidenti də çıxışı zamanı bu məlumatın hansı mənbəyə əsaslandığını qeyd etməyib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ