“iPhone 18 Pro Max”ın batareya tutumu bəlli oldu

Texnologiya dünyasının böyük maraqla gözlədiyi "iPhone 18 Pro" seriyasının təqdimatına az vaxt qalmış, seriyanın ən güclü modelinə dair kritik detallar üzə çıxıb.
Sfera.az xəbər verir ki, şirkət yeni modellərə yer açmaq məqsədilə hazırkı "iPhone 17" seriyasının istehsal sürətini aşağı salmağa başlayıb.
İnsayderlərin yaydığı məlumatlara görə, "iPhone 18 Pro Max" modelinin eSIM versiyası 6%-lik artımla 5425 mAh dəyərində batareya tutumu təqdim edəcək. Bunun əksinə olaraq, fiziki SIM kart yuvası olan standart variant isə bir qədər fərqli, yəni 5235 mAh tutumlu batareya ilə bazara çıxarılacaq.
Yeni flaqmanların diqqətçəkən digər texniki xüsusiyyətləri isə aşağıdakılardır:
Enerji səmərəliliyini maksimuma çatdıran "Samsung M16 LTPO+ OLED" ekran;
Qızmanın qarşısını alan nəhəng buxar kamerası (vapor chamber);
Dəyişən diafraqmalı əsas kameraya sahib 48 MP-lik üçlü periskop kamera quraşdırılması;
5G mmWave dəstəkli "Apple C2" modemi.
Korroziyaya davamlı yeni alüminium çərçivə və dörd fərqli rəng seçimi ilə istifadəçilərə təqdim olunacaq "iPhone 18 Pro" modelinin başlanğıc qiymətinin 1399 dollar olacağı gözlənilir.
Bəsti Rəfizadə
