"Xiaomi" yeni flaqmanı ilə bazarı silkələməyə hazırlaşır - FOTO

"Xiaomi" yeni flaqmanı ilə bazarı silkələməyə hazırlaşır - FOTO
Kateqoriya məlum deyil
T

"Xiaomi 18 Pro Max"ın əsas xüsusiyyətləri məlum olub.

Sfera.az xəbər verir ki, "Xiaomi"nin yeni flaqman modeli "Xiaomi 18 Pro Max" ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Məşhur insayder "Digital Chat Station"ın paylaşdığı məlumata görə, smartfon 2 nanometrlik "Snapdragon" prosessoru, iki 200 meqapiksellik kamera və 8500 mAh tutumlu batareya ilə təchiz olunacaq.

Bildirilir ki, cihaz 6,9 düymlük 2K OLED ekrana, nazik çərçivələrə və düz panel dizaynına sahib olacaq. Kamera sistemində əsas 200 meqapiksellik sensorla yanaşı, 3 qat optik yaxınlaşdırmanı dəstəkləyən ikinci 200 meqapiksellik telefoto kamera da yer alacaq.

Məlumata görə, "Xiaomi 18 Pro Max" 100 vatt gücündə simli və 50 vatt gücündə simsiz sürətli enerji doldurmanı dəstəkləyəcək.

Şirkət cihazın qiymətini hələ açıqlamayıb. Lakin yüksək səviyyəli texniki göstəricilər nəzərə alınaraq, modelin premium qiymət seqmentində satışa çıxacağı gözlənilir.

Altay

Sfera.az

PAYLAŞ