Birinin yalanını tutanda səssizcə uzaqlaşan 3 bürc

Bəzi insanlar yalanla qarşılaşanda bunu açıq şəkildə dilə gətirmək əvəzinə səssizcə geri çəkilməyi üstün tuturlar. Astroloqların fikrincə, bəzi bürclər kiçik bir yalan və ya səmimiyyətsizlik gördükdə qarşı tərəfə olan etibarını birdəfəlik itirir və münasibətə məsafə qoyur.
Sfera.az həmin 3 bürcü təqdim edir:
Əqrəb
Əqrəblər üçün yalan etimadın pozulması deməkdir. Qarşı tərəfin səmimiyyətsizliyini hiss etdikləri anda mübahisə etməyə ehtiyac duymurlar. Əksinə, həmin şəxslə aralarındakı bağ qopur və onu həyatlarından tamamilə çıxarırlar. Əqrəblərin etibarı bir dəfə sarsıldıqdan sonra onu yenidən qazanmaq çox çətin olur.
Qız
Qız bürcü yalanı aşkar etdikdən sonra qarşı tərəfi daha diqqətlə müşahidə etməyə başlayır. Lakin artıq əvvəlki kimi dəyər vermir. Davranışlardakı uyğunsuzluqları analiz edən Qız bürcü zamanla həmin insana qarşı görünməz bir divar hörür. Onun uzaqlaşması sakit, amma uzunmüddətli olur.
Tərəzi
Tərəzi bürcü adətən münaqişədən qaçmağa çalışır və münasibətlərdə tarazlığı qorumağa üstünlük verir. Buna baxmayaraq, qarşısındakı insanın səmimiyyətsizliyini və ya yalanını gördükdə ona münasibəti dəyişir. Açıq qarşıdurmaya getməsə də, əvvəlki isti münasibəti bir daha göstərmir və zamanla araya məsafə qoyur.
Mənsumə
