Nokia düyməli telefonlara qayıtdı

Nokia düyməli telefonlara qayıtdı
Kateqoriya məlum deyil
T

Nokia 200 4G, Nokia 210 4G, Nokia 215 4G 2nd Edition və Nokia 235 4G 2nd Edition adlanan cihazlar klassik dizaynı müasir texnologiyalarla birləşdirir.


Sfera.az xəbər verir ki, yeni modellərin hamısı videozəngləri dəstəkləyən Xpress messenceri ilə təchiz olunub. Bunun üçün telefonlarda 0,3 meqapiksellik ön kamera yerləşdirilib.


Bundan başqa, cihazlara süni intellekt əsaslı səsli köməkçi inteqrasiya edilib. Bu sistem daxil olan zənglərə cavab vermək, telefonun bəzi funksiyalarını idarə etmək, fənəri yandırmaq və zəngli saat qurmaq kimi imkanlar təqdim edir.


Yeni Nokia modelləri düyməli telefonlar üçün uyğunlaşdırılmış bulud xidmətlərini də dəstəkləyir. İstifadəçilər hava proqnozu, xəbərlər, qısa videolar və digər məzmunları təqdim edən mini tətbiqlərdən yararlana biləcəklər.
Telefonlar arasında əsas fərqlər ekran ölçüsü və kamera xüsusiyyətləri ilə bağlıdır. Nokia 215 4G 2nd Edition və Nokia 235 4G 2nd Edition 2,8 düymlük ekranla təchiz olunub. Nokia 200 4G və Nokia 210 4G isə 2,4 düymlük ekrana malikdir.


Kamera baxımından da modellər fərqlənir. Nokia 235 4G 2nd Edition 2 meqapiksellik əsas kamera ilə təklif olunur. Nokia 210 4G 0,3 meqapiksellik əsas kameraya malikdir. Nokia 200 4G modelində isə əsas kamera və fənər funksiyası mövcud deyil.


Yeni telefonlar müxtəlif rəng seçimləri ilə satışa çıxarılacaq. Nokia 200 4G sarı, qara və mavi, Nokia 210 4G ağ və mavi, Nokia 215 4G 2nd Edition qara və qırmızı, Nokia 235 4G 2nd Edition isə qara və açıq mavi rənglərdə təqdim ediləcək.


Şirkət hələlik yeni modellərin satış qiymətlərini açıqlamayıb.


HMD Global bildirir ki, bu seriya sadə, etibarlı və uzunömürlü telefon axtaran istifadəçilər üçün nəzərdə tutulub. Şirkət klassik düyməli telefon konsepsiyasını qoruyaraq videozəng, bulud xidmətləri və süni intellekt kimi müasir funksiyaları da cihazlara əlavə edib.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ