İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Astroloqlar iyul ayında bəzi bürc nümayəndələrinin həm şəxsi həyatda, həm də iş və maliyyə məsələlərində çətinliklərlə üzləşə biləcəyini bildirirlər.
Sfera.az xəbər verir ki, proqnozlara əsasən, xüsusilə Xərçəng, Əqrəb, Oğlaq və Dolça bürclərinin nümayəndələri daha diqqətli olmalıdırlar.
Xərçəng bürcü üçün ay emosional gərginliklə yadda qala bilər. Ailə daxilində anlaşılmazlıqlar və gözlənilməz qərarlar səbəbindən səbirli davranmaq tövsiyə olunur.
Əqrəblər iş həyatında əlavə məsuliyyət və stresslə üzləşə bilərlər. Astroloqlar tələsik qərarlardan uzaq durmağı və maliyyə məsələlərində risk etməməyi məsləhət görürlər.
Oğlaqlar üçün iyul ayı planların gecikməsi və gözlənilməz maneələrlə müşayiət oluna bilər. Qarşıya çıxan problemləri soyuqqanlı şəkildə həll etmək daha uğurlu nəticə verə bilər.
Dolçalar isə ünsiyyət zamanı diqqətli olmalıdırlar. Yaxın çevrə ilə yaranan fikir ayrılıqları münasibətlərə təsir göstərə bilər. Mübahisələrdən qaçmaq və kompromisə üstünlük vermək tövsiyə edilir./yenisabah
