Bu ərazilərdə Aydan parçalar var - İDDİA

Bu ərazilərdə Aydan parçalar var - İDDİA
Kateqoriya məlum deyil
T

Ay mənşəli süxur nümunələrinə təkcə Ayda deyil, Yer kürəsində də rast gəlmək mümkündür.

Sfera.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Planetlərin Fizikası şöbəsinin Planetlərin birbaşa fiziki-kimyəvi tədqiqatları laboratoriyasının müdiri Mixail Gerasimov "Vesti" informasiya xidmətinə müsahibəsində bildirib.

Alimin sözlərinə görə, Yer üzərində tapılan Ay mənşəli meteoritlər xüsusilə Antarktidada geniş yayılıb.

"Yer kürəsində Ay qruntu da tapılır. Bunun üçün ayrıca bir kateqoriya mövcuddur – Ay meteoritləri. Onların çoxu Antarktidada aşkarlanır, çünki buzun üzərində olduqları üçün onları tapmaq daha asandır. Sonradan aparılan araşdırmalar nəticəsində həmin meteoritlərin Ay mənşəli olduğu müəyyən edilir", – deyə Gerasimov bildirib.

O qeyd edib ki, Ay qruntunun öyrənilməsi Yerin yaranma tarixini və ilkin inkişaf mərhələlərini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

"İzotop tərkibinin araşdırılması göstərir ki, Yer və Ay demək olar ki, eyni maddədən formalaşıb. Onların izotop göstəriciləri bir-birinə çox yaxındır. Ay sanki təbii laboratoriyadır və Yerin Ay ölçüsündə olduğu dövrdə hansı proseslərin baş verdiyini öyrənməyə imkan verir. Hesab edirəm ki, Ayın tədqiqi, xüsusilə Yerin ilkin vəziyyətini və formalaşma mərhələsini anlamaq baxımından böyük əhəmiyyət kəsb edir", – alim vurğulayıb.

İnci

Sfera.az

PAYLAŞ