Ən xırdaçı bürclər — Gecə səhərə qədər düşünürlər

Ən xırdaçı bürclər — Gecə səhərə qədər düşünürlər
Kateqoriya məlum deyil
T

Bəzi bürclərin nümayəndələri günün sonunda rahat yuxuya gedə bilmirlər. Onların beynində gün ərzində baş verən hadisələr və gələcək planlar fasiləsiz fırlanır.

Sfera.az analitik düşüncə tərzi ilə seçilən və ağlı heç vaxt dayanmayan 4 bürcü təqdim edir.

Əkizlər bürcünün ağlında eyni anda bir neçə fərqli düşüncə dolaşır. Bu insanlar keçmiş söhbətləri təhlil edərkən həm də gələcəyi planlaşdırırlar. Maraq dairələri geniş olduğu üçün daim yeni məlumatlar və ideyalar axtarırlar. Sonsuz suallar səbəbindən Əkizlərin zehni hər zaman həddindən artıq dolu olur.

Qız bürcü nümayəndələri həyatdakı ən kiçik detalları belə nəzərdən qaçırmırlar. Hadisələrin görünməyən tərəflərini, ehtimalları və nəticələri tək-tək analiz edirlər. Beyinlərində daim səhvləri düzəltmək və hər şeyi idarə etmək mexanizmi çalışır. Xaricdən sakit görünsələr də, daxildə böyük təhlil mərkəzi fəaliyyət göstərir.

Əqrəb bürcü heç bir işi təsadüfə və ya taleyin ümidinə buraxmır. Qarşı tərəfin baxışından, sükutundan və ya yarımçıq cümləsindən məna çıxarmağa çalışırlar. İnsanların gizli niyyətlərini və hadisələrin pərdəarxası məqamlarını tapmaq onların əsas məqsədidir. Hər şeydə dərin məna axtardıqları üçün beyinləri heç vaxt dincəlmir.

Dolça bürcünün düşüncə tərzi klassik qəliblərlə və qaydalarla məhdudlaşmır. Hadisələrə hər kəsdən fərqli baxır və tamamilə başqa ehtimalları dəyərləndirirlər. Adi fikir onların beynində sürətlə böyük nəzəriyyəyə çevrilə bilər. Daim gələcəyi və kainatı sorğuladıqları üçün tez-tez öz dünyalarında itirlər./demokrat

PAYLAŞ