Astroloqdan Azərbaycan, Ermənistan və İranla bağlı İLGİNC proqnoz

İyunun son günləri və iyulun ilk həftəsi ilə bağlı astroloqların diqqət çəkən proqnozları var. Onların fikrincə, 30 iyunda baş verəcək Dolunay və Mars-Uran qovuşumu emosional gərginliyi, gözlənilməz hadisələri və ani dəyişiklikləri artıran astroloji təsirlər yarada bilər. Bu dövrdə xüsusilə səfərlər, yol hərəkəti, texniki təhlükəsizlik və insanlararası münasibətlərdə daha diqqətli olmaq tövsiyə edilir.
Sfera.az bildirir ki, tanınmış jurnalist-astroloq Tünzalə Rafiqqızı mövzu ilə bağlı Musavat.com-a bildirib ki, 27 iyun – 7 iyul tarixləri arasında göy üzündə formalaşan enerjilər insanların həyatında mühüm hadisələrin yaşanmasına, bəzi həqiqətlərin üzə çıxmasına və gözlənilməz situasiyaların meydana gəlməsinə səbəb ola bilər:
"Bu Dolunayın kartoqrafik göstəricilərinə baxdıqda diqqətimi xüsusilə Kanada, ABŞ, Azərbaycan, Ermənistan və İran cəlb edir. Astroloji baxımdan bu bölgələrdə diqqət tələb edən proseslərin gündəmə gələ biləcəyini düşünürəm. Bununla yanaşı, bu dövrdə göz sağlamlığına, xüsusilə də sol gözlə bağlı narahatlıqlara daha həssas yanaşmaq faydalı ola bilər. Əgər gözlərinizdə ağrı, görmədə dəyişiklik və ya başqa narahatlıq hiss etsəniz, vaxt itirmədən həkimə müraciət edin.
Qlobal miqyasda gərginliklərin artması ehtimalı barədə ehtimallarım var. Ümid edirəm ki, bunlar reallığa çevrilməz. Astroloji göstəricilər ehtiyatlı olmağı xatırlatsa da, onlar konkret hadisələrin mütləq baş verəcəyini göstərmir.
Türkiyədə keçiriləcək NATO toplantısı ərəfəsində də təhlükəsizlik mövzularının daha çox gündəmə gələ biləcəyini düşünürəm. Belə dövrlərdə cəmiyyətlərdə gərginlik, etirazlar və ya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi kimi proseslər müşahidə oluna bilər. Ümid edirəm ki, hər şey sülh və sabitlik içində keçər. Allah bütün insanlığı qorusun, ölkələrimizə sülh, sağlamlıq və bərəkət nəsib etsin".
