“Maşa və Ayı"nı 100-dən çox ölkədə təbliğ edəcək

“Netflix” Rusiyanın "Maşa və Ayı" animasiya serialının iki yeni mövsümünün hüquqlarını əldə edib və lisenziyanı 100-dən çox ölkədə yayımlamaq üçün uzadıb.
Sfera.az bildirir ki, bu layihə Rusiyanın "yumşaq gücü" üçün bir vasitə kimi istifadə edilə bilər.
Bu barədə "Obozrevatel" nəşrinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinə istinadən dərc etdiyi məqalədə bildirilib.
Onlar vurğulayıblar ki, animasiya serialı sadəcə uşaq əyləncəsi deyil, Rusiya, Sovet keçmişi və davranış modelləri haqqında təsəvvürlərə təsir edə biləcək ideyaları özündə əks edir.
Mərkəzin araşdırması sübut edir ki, cizgi serialının arxasında Rusiya Federasiyasının müsbət imicinin formalaşdırılması dayanır.
Mütəxəssislər həmçinin bəzi epizodlarda hərbi mövzuların və Sovet həyatının elementlərinin mövcudluğunu qeyd edirlər ki, bunlar uşaqların müsbət obrazın bir hissəsi kimi qəbul edə bilərlər.
Aynil
