Zukerberq yeni tətbiq hazırlayır

Zukerberq yeni tətbiq hazırlayır
Kateqoriya məlum deyil
T

Metanın təsisçisi Mark Zuckerberg Polymarket və Kalshi-yə rəqib tətbiq yaratmaq üçün komanda formalaşdırıb.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı iki şirkət əməkdaşına istinadən "The New York Times" yayıb.

Məlumata görə, Meta istifadəçilərə müxtəlif hadisələrin nəticələri üzrə proqnozlar verməyə və bazar əsaslı qiymətləndirmələr aparmağa imkan verən tətbiq üzərində işləyir. Layihə hələ ilkin mərhələdədir və onun nə vaxt istifadəyə veriləcəyi barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, son illərdə Polymarket və Kalshi kimi proqnoz bazarları investorlar və istifadəçilər arasında böyük populyarlıq qazanıb. Bu platformalarda siyasət, iqtisadiyyat, idman və digər sahələr üzrə hadisələrin nəticələri ilə bağlı proqnozlar formalaşdırılır./metbuat

PAYLAŞ