Uşaqlarda boy artımı üçün qidalanma və yuxu niyə vacibdir?

Uşaqlarda boy artımı üçün qidalanma və yuxu niyə vacibdir?
Kateqoriya məlum deyil
T

Uşaqların boy artımı valideynlərin daim diqqət etdiyi əsas inkişaf göstəricilərindən biridir. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma və sağlam həyat tərzi bu prosesə birbaşa təsir edir.

Sfera.az xəbər verir ki, uşaq endokrinologiyası və metabolik xəstəliklər üzrə mütəxəssis, professor dr. Servet Erdal Adal uşaqlarda böyümə prosesinin düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, qısa boyluluq hər zaman sağlamlıq problemi demək deyil və bir çox hallarda bu, normal inkişafın bir hissəsidir.

Mütəxəssisin sözlərinə görə, uşaqların təxminən 80 faizi normal böyümə variantına aiddir və ailəvi qısa boy və ya gecikmiş yetkinlik kimi hallarda xüsusi müalicə tələb olunmur sadəcə nəzarət kifayət edir.

Adal bildirib ki, uşaqların sağlam böyüməsi üçün Aralıq dənizi tipli qidalanma ən uyğun model sayılır. Mövsümi tərəvəzlər, evdə hazırlanmış qatıq və təbii qidalar böyümə prosesini dəstəkləyir.

O həmçinin vurğulayıb ki, uşaqlar ildə orta hesabla 5–7 santimetr boy atır və 2–3 kiloqram çəki qazanırlar. Bu göstəricilərdən aşağı artım müşahidə edilərsə həkim müayinəsi vacibdir.

Professor əlavə edib ki, böyümə hormonu əsasən gecə saatlarında ifraz olunur. Buna görə də uşaqların erkən yatması onların sağlam inkişafı üçün mühüm şərtlərdən biridir.

Mənsumə

Sfera.az

PAYLAŞ