İbrahim Tatlısesdən yeni görüntü yayıldı

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses səhhətində yaranan problemlərlə bağlı müalicəsini davam etdirir.
Sfera.az xəbər verir ki, son vaxtlar həm sağlamlıq durumu, həm də ailədaxili məsələlərlə gündəmdə olan sənətçinin xəstəxana bağçasında çəkilmiş yeni fotosu yayılıb.
Məlumata görə, Tatlıses ötən ilin aprel ayında keçirdiyi ciddi infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Daha sonra öd kisəsində yaranan problemə görə əməliyyat olunan sənətçinin əməliyyatı uğurla başa çatıb və o, aprelin 22-də həkim nəzarəti altında evə buraxılıb.
Ev şəraitində istirahətini davam etdirən müğənni bir müddət sonra yenidən Ankarada xəstəxanaya yerləşdirilib. Uzun müddət hərəkətsiz qalması səbəbindən ona fiziki terapiya proqramı təyin olunub.
Səs sənətçisi Onur Akay xəstəxanada Tatlısesi ziyarət edərkən çəkilən fotoları sosial şəbəkədə paylaşıb. Akay bildirib ki, sənətçinin müalicəsi davam edir səhhəti yaxşıdır və əhval-ruhiyyəsi yüksəkdir.
Onun sözlərinə görə, İbrahim Tatlıses ötən gün güveç yeməyi istəyib və yeməyini xəstəxananın bağçasında qəbul edib. Paylaşılan görüntülər qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb.
Mənsumə
