Kondisioneri bu dərəcəyə qoysanız, başınız ağrımayacaq

Kondisioneri bu dərəcəyə qoysanız, başınız ağrımayacaq
Kateqoriya məlum deyil
T

Kondisioner qarşısında uzun müddət əyləşmək və ya soyuq otaqda qalmaq bir çox insanda şiddətli baş ağrılarına yol açır. Bu hal həm iş məhsuldarlığını aşağı salır, həm də ümumi diskomfort yaradır.

Sfera.az xəbər verir ki, mütəxəssislər kondisioner havasının baş ağrısı yaratmasının bir neçə əsas səbəbini müəyyən ediblər. Ən mühüm amil qapalı məkandakı kəskin temperatur fərqi və havanın quruması ilə bağlıdır.

Cihaz işləyərkən otaqdakı rütubəti tamamilə udur və havanı həddən artıq qurudur. Quru hava tənəffüs yollarını və burun boşluğunu qıcıqlandıraraq beyin damarlarının daralmasına səbəb olur.

Digər bir səbəb isə bədənin qəfil soyuğa məruz qalmasıdır. İsti havadan birbaşa soyuq otağa keçdikdə baş nahiyəsindəki əzələlər sıxılır. Bu qəfil spazm dərhal kəskin baş ağrısı ilə nəticələnir.

"Kondisionerlərin filtrlərində yığılıb qalan toz və bakteriyalar da baş ağrısını artıran əsas infeksiya mənbəyidir"

Həkimlər bildirirlər ki, təmizlənməyən cihazlar otağa çirkli hava üfürür. Bu isə oksigen çatışmazlığı yaradaraq insanda həm yorğunluq, həm də gicgah nahiyəsində ağırlıq hissi formalaşdırır.

Problemdən qorunmaq üçün otağın temperaturunu 22–24 dərəcədən aşağı salmamaq tövsiyə edilir. Eyni zamanda cihazın hava axınını birbaşa bədənə və ya baş nahiyəsinə doğru yönəltmək olmaz./demokrat

PAYLAŞ