Qurbanlıqdan ulduzluğa: “Donald Tramp” zooparkın fenomeni oldu

Banqladeşdə ABŞ Prezidenti Donald Trampa bənzərliyi ilə diqqət çəkən albinos buffalo Qurban bayramı üçün kəsilməkdən xilas edilib və Banqladeş Milli Zooparkına göndərilib.
Sfera.az xəbər verir ki, təxminən 700 kiloqram çəkisi olan camış əvvəllər Qurban bayramı üçün kəsilməsi planlaşdırılırdı. Lakin sosial mediada ABŞ Prezidentinə oxşarlığı ilə məşhurlaşan heyvan vətəndaşların marağına səbəb olub.
Heyvanın sahibi 38 yaşlı Zia Uddin Mridha bildirib ki, qardaşı buffaloya açıq rəngli dəriyə görə “Tramp” adını verib.
Planlaşdırılan kəsimdən bir neçə saat əvvəl Banqladeş Daxili İşlər Nazirliyi müdaxilə edərək camışı mühafizə altına alıb və zooparka göndərib.
“Donald Tramp” ləqəbli albinos buffalo mühafizə altına alındıqdan sonra həm yerli, həm də beynəlxalq səviyyədə maraq mərkəzinə çevrilib. Qeyri-adi qızılı sarı rəngi və Trampa bənzərliyi səbəbindən sosial mediada geniş izlənilir.
Banqladeş Milli Zooparkında ziyarətçilərin diqqətini çəkən camış hər gün yüzlərlə insanın marağına səbəb olur və dünya miqyasında müzakirə mövzusu olaraq qalır.
Mənsumə
Sfera.az








