Yadplanetlilərin bazalarının yeri açıqlandı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Yer kürəsində gizli şəkildə fəaliyyət göstərdiyi iddia olunan bir neçə yadplanetli bazasının yerini açıqlayıb.
Sfera.az "Daily Mail"ə istinadən xəbər verir ki, hərbi kəşfiyyat veteranı Lin Byukenen vaxtilə ABŞ hökumətinin həyata keçirdiyi və paranormal qabiliyyətlərin hərbi-kəşfiyyat məqsədləri üçün istifadəsini araşdıran "Ulduz qapısı" (Stargate) layihəsində iştirak edib.
Sözügedən proqram 1978-ci ildən 1995-ci ilədək fəaliyyət göstərib. Daha sonra məxfilikdən çıxarılan MKİ hesabatında layihənin gözlənilən nəticələri vermədiyi və uğursuz hesab edildiyi bildirilib.
Lin Byukenenin sözlərinə görə, Yer üzərində yadplanetli bazalarını "müşahidə etdiyini" iddia edən ilk şəxs keçmiş polis əməkdaşı Pat Prays olub. O da hökumətin oxşar eksperimentlərində iştirak edib.
İddialara əsasən, Pat Prays hələ 1973-cü ildə uzaqdan müşahidə ("remote viewing") üsulu ilə bir neçə məntəqənin yadplanetlilərlə əlaqəli ola biləcəyini irəli sürüb.
Qeyd edək ki, bu iddialar uzun illərdir UFO və yadplanetli həyatı ilə bağlı müzakirələrin bir hissəsi olaraq qalır. Lakin bu günə qədər həmin məlumatları təsdiqləyən hər hansı rəsmi və ya elmi sübut təqdim olunmayıb.
İnci
Sfera.az
