Dünyanın ən zəngin insanları - Onların bürcü nədir?

Dünyanın ən zəngin insanları - Onların bürcü nədir?
Kateqoriya məlum deyil
T

Dünyanın ən zəngin insanlarının uğur sirləri hər kəs üçün maraq doğurur. Bir çoxları bu uğuru gərgin əmək və doğru investisiya ilə əlaqələndirsə də, astrologiya həvəskarları bürclərin də bu prosesdə rol oynadığını iddia edirlər. Səhm bazarlarındakı son dəyişikliklərə əsasən formalaşan dünyanın ən varlı 10 insanının siyahısı və onların bürcləri diqqətçəkən mənzərə ortaya qoyur.


Sfera.az xəbər verir ki, dünyanın ən varlı şəxsi, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskdır. O, Xərçəng bürcü altında dünyaya gəlib. 


Onun ən yaxın izləyicisi, "Amazon"un qurucusu Ceff Bezos isə iddialı və çalışqan Oğlaq bürcünün nümayəndəsidir. Siyahının ilk üçlüyünü tamamlayan moda maqnatı, "LVMH" rəhbəri Bernar Arno is Balıq bürcüdür.

 

"Meta" imperiyasının rəhbəri Mark Sukerberq sabitliyi sevən Buğa bürcünə mənsub olduğu halda, texnologiya nəhənglərindən "Oracle"ın qurucusu Larri Elison Şir bürcünün xüsusiyyətlərini daşıyır. İnvestisiya dünyasının əfsanəsi Uorren Baffet analitik zəkası ilə seçilən Qız bürcü, illərdir zənginlər siyahısından düşməyən "Microsoft"un qurucusu Bill Qeyts isə sirli və strateq Əqrəb bürcüdür.


"Google"un qurucuları Larri Peyc və Serqey Brin fərqli bürclərə sahibdirlər. Belə ki, Peyc Qoç bürcü, Brin isə Şir bürcü altında doğulub. Siyahının sonuncu pilləsində qərarlaşan "Microsoft"un keçmiş CEO-su Stiv Balmer də Larri Peyc kimi enerjili və lider xüsusiyyətli Qoç bürcünün nümayəndəsidir.


Astloji mənzərəyə nəzər saldıqda, milyarderlər arasında Şir və Qoç bürclərinin təkrarlandığı görülsə də, ümumilikdə vahid bir bürcün hegemonluğu yoxdur. Siyahıda həm Od, həm Torpaq, həm Su, həm də Hava ünsürlərinin nümayəndələrinə rast gəlmək mümkündür ki, bu da böyük sərvət qazanmaqda tək bir bürcün deyil, fərqli xarakterik xüsusiyyətlərin rol oynadığını göstərir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ