6 ay sonra Yerə qayıtdılar

6 ay sonra Yerə qayıtdılar
Kateqoriya məlum deyil
T

Çinin kosmik stansiyasında 6 aylıq fəaliyyətini başa vuran “Şencou-21” missiyasının astronavtları mayın 29-da Yerə qayıdıblar.

 

Sfera.az xəbər verir ki, astronavtlar Can Lu, Vu Fey və Can Honcanın olduğu kapsul Pekin vaxtı ilə gecə saat 20:11-də Qobi səhrasındakı “Donfen” meydançasına enib.

 

Astronavtlar ilkin tibbi yoxlanışdan keçiblər.

 

Qeyd edək ki, “Şencou-21” missiyasına ötən il noyabrın 1-də start verilib. Astronavtlar 210 gün ərzində kosmik stansiyada yaşayaraq, yeni Çin rekordunu müəyyən ediblər.

 

Onları kosmik stansiyada mayın 14-də kosmosa göndərilən “Şencou-22” missiyasının astronavtları əvəzləyib./publika

PAYLAŞ