Qan təzyiqi monitorlarındakı “M” düyməsinin funkisyası nədir?

Qan təzyiqi monitorlarındakı "M" düyməsinin funkisyası nədir?
Kateqoriya məlum deyil
T

 

Evdə qan təzyiqini ölçən cihazlardan istifadə edənlərin əksəriyyəti “M” hərfi ilə işarələnmiş düymənin funksiyasını bilmir. Hazırda milyonlarla evdə istifadə olunan bu monitorlarda bəzi düymələrin əsl məqsədi istifadəçilər tərəfindən nadir hallarda öyrənilir.


Sfera.az xəbər verir ki, bir çox modeldə olan “M” düyməsi gözləniləndən daha vacib funksiyaya malikdir. İnsanlar bu hərfi adətən “rejim” və ya “menyu” ilə əlaqələndirsə də əslində o, cihazın yaddaş funksiyasını təmsil edir.


Belə ki, bilək qan təzyiqi monitorlarında yerləşən “M” və ya “MEM” düyməsi keçmiş ölçmələri ekranda göstərir. Bu düymə sayəsində istifadəçilər əvvəlki qan təzyiqi dəyərlərini, bəzi modellərdə isə tarix və vaxt məlumatlarını da görə bilirlər.


Xüsusilə qan təzyiqini müntəzəm izləyənlər üçün bu funksiya cihazı kiçik bir sağlamlıq arxivinə kimi istifadə etməyə imkan verir.

 

Mənsumə
Sfera.az

PAYLAŞ