Rusiyada maraqlı STATİSTİKA - "Porsche" sürənlə "Lada" sürən eyni pul ÖDƏYİR

Rusiyada maraqlı STATİSTİKA - "Porsche" sürənlə "Lada" sürən eyni pul ÖDƏYİR
Kateqoriya məlum deyil
T

Rusiyada “İcbari Avtomobil Sığortası” çərçivəsində avtomobillərin təmir qiymətləri ilə bağlı diqqətçəkən statistika açıqlanıb.

 

Sfera.az xəbər verir ki, "İzvestiya"nın yaydığı məlumata görə, Rusiya AvtoSığortaçılar Birliyinin məlumatları əsasında aparılan hesablamalarda "Porsche" və "Lada" markalarının qəza sonrası təmir işləri üçün normo-saat qiymətinin eyni olduğu müəyyən edilib.
 

Məlumata görə, Moskvada həm "Lada", həm də "Porsche" avtomobillərinin bir saatlıq təmir işi 900 rubl olaraq hesablanır. Eyni tarif "Geely", "Land Rover", "Infiniti", "Haval", "Tank", "Jetour", "Cadillac", "Jaecoo", "Jeep", "Dodge", "Honda", "Opel", "Citroen" və "Volvo" markalarına da tətbiq edilir.


Ən yüksək təmir tarifləri isə "Mazda" üçün 960 rubl, "Toyota" üçün 980 rubl, BMW, "Audi", "Mercedes-Benz" və "Lexus" üçün isə 1000 rubl müəyyən olunub.

 

Qeyd edilir ki, bu rəqəmlər Rusiya Mərkəzi Bankının qəbul etdiyi Bərpa təmiri xərclərinin müəyyənləşdirilməsi üzrə vahid metodika əsasında hesablanır./Musavat.com

PAYLAŞ