İtkin düşmüş iş adamını timsahın mədəsində tapıldı

İtkin düşmüş iş adamını timsahın mədəsində tapıldı
Kateqoriya məlum deyil
T

Cənubi Afrikada daşqın sularında itkin düşən iş adamını axtaran polis qrupları inanılmaz bir əməliyyat keçirib. 

 


Sfera.az bildirir ki, nəhəng 4,5 metrlik timsahın mədəsində insan qalıqları tapılıb. Helikopterlə çaya endirilən polis məmurunun cəsarəti ölkədə müzakirə mövzusuna çevrilib.


Ötən həftə Cənubi Afrikanın Mpumalanga əyalətində daşqın suları nəticəsində avtomobilində itkin düşən iş adamının axtarışı qorxunc bir kəşflə nəticələnib.

 

Komati çayında keçirilən əməliyyat zamanı timsahın mədəsindən insan qalıqları tapılıb. Dronlar və helikopterlərin dəstəyi ilə axtarış-xilasetmə qrupları bir adada günəş altında isinən və hərəkətsiz olan nəhəng bir timsah görüblər. Polis dalğıc bölməsinin komandiri kapitan Johan Potgieter heyvanın mədəsindəki qeyri-adi şişkinliyi və ətrafdakı səs-küyə baxmayaraq qaçmaqdan imtina etməsini görüb və bu, əməliyyata səbəb olub.

 

Yüksək riskli əməliyyatda kapitan Potgieter iplərdən istifadə edərək vertolyotdan timsahla dolu çaya endirilib.

 

Təxminən 500 kiloqram çəkisi və 4,5 metr uzunluğunda olan timsah zərərsizləşdirilərək müayinə üçün Kruger Milli Parkına aparılıb. Mədəsinin müayinəsi zamanı təkcə bu yaxınlarda itkin düşmüş iş adamına aid olduğu düşünülən qalıqlar deyil, həm də altı fərqli ayaqqabı aşkar edilib. Bu, nəhəng sürünənin əvvəllər də başqa hücumlarda iştirak etmiş olma ehtimalını artırıb. Hadisə, bədbəxt iş adamının avtomobili alçaq körpüdən keçərkən cərəyanın onu aparması ilə başlayıb.

 

Polis qrupları çatanda avtomobili boş tapdıqdan sonra genişmiqyaslı axtarışa başlayıblar. DNT testləri çaydan çıxarılan qalıqların itkin düşmüş şəxsə məxsus olub-olmadığını təsdiqləyəcək. Əməliyyatı həyata keçirən və timsahın ağzına çox yaxınlaşmalı olan kapitan Potgieter bu təcrübəni "son dərəcə gərgin və təhlükəli" adlandırıb, Cənubi Afrika Polis Xidməti isə zabiti müstəsna cəsarətinə görə təltif edib.

 

Aynil

 

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ