Qadınlarda qara libası sevdirən nədir? - SƏBƏBLƏR

Qadınlarda qara libası sevdirən nədir? - SƏBƏBLƏR
Kateqoriya məlum deyil
T

Dəb dünyasında trendlər sürətlə dəyişsə də, illərdir öz taxtını qoruyan tək bir seçim var: Qara libas. Zamansız zərifliyin simvolu hesab olunan bu geyim növü, hər bir xanımın ən çətin anlarda imdadına çatan əsl "xilaskar"dır.


Sfera.az xəbər verir ki, qadınlar əksər hallarda ən önəmli tədbirlərdə belə qara rəngə üstünlük verirlər.

 

Əsas odur ki, libas həm dəbli olsun, həm də yaraşsın.


Qara geyimlər moda dünyasına 1920-ci illərdə daxil olub. “Coco Chanel” isə bu rəngin yalnız yas libasları ilə bağlı olan ənənəsini pozaraq, onu gündəlik və gecə dəbinə gətirmişdi. Bu gün qara libas hər üsluba və tərzə uyğun şəkildə rahatlıqla istifadə oluna bilir.


Qara dəri libas


Dəri libas həm diqqət çəkir, həm də bədən xətlərini ön plana çıxarır. Cəsarətli və dəbli görünmək istəyən xanımlar üçün ideal seçimdir.


Biserli qısa libas


Bir az parıltı əlavə etmək istəyənlər üçün üstü biserlərlə (muncuqlarla) bəzədilmiş qısa qara libas əla seçimdir. Yalnız üst hissənin bəzəkli olması zərif və balanslı görünüş yaradır.


Sadə və dar libas


Əlavəsiz dar, qısa libas da xüsusi cazibədarlığa malikdir. Dekolte ilə birləşdirildikdə görünüş daha da cəlbedici olur.


Tül və qara parçanın vəhdəti


Tül ilə birləşmiş qara libas həm zərif, həm də romantik görünüş təmin edir. Ayaqqabı və aksessuarlarla istədiyiniz tərzi tamamlamaq mümkündür.


Qaşlı və tüklü incə libas


Daha sadə, amma fərqli görünmək istəyənlər üçün ideal seçimdir. Qaşlı və tüklü incə libaslar xanımlar arasında böyük populyarlıq qazanıb.
Göründüyü kimi, qara libas həm klassik, həm də hər vəziyyətə uyğun seçimdir. Üslubunuza uyğun aksessuarlar əlavə etməyi unutmayın!


Mənsumə
Sfera.az

 

PAYLAŞ