Uzaq məsafədən öpüş üçün cihaz hazırlandı - FOTO

Uzaq məsafədən öpüş üçün cihaz hazırlandı - FOTO
Kateqoriya məlum deyil
T

Startap şirkəti “Jerkmate” uzaq məsafədə yaşayan cütlüklər üçün maraqlı texnologiya hazırlayıb.

 

Sfera.az xəbər verir ki, şirkətin yaratdığı xüsusi cihaz videozəng zamanı tərəflərə öpüşlərini bir-birinə ötürmək imkanı verir. Cihazın işləmə prinsipi sensor texnologiyasına əsaslanır. İstifadəçi cihazın üzərinə dodaqlarını qoyduqda sensorlar öpüşün hərəkətini və təzyiqini qeydə alır. Toplanan məlumat dərhal internet vasitəsilə qarşı tərəfin cihazına ötürülür. Cihazın daxilində yerləşdirilən mexanizm isə alınan məlumat əsasında həmin hərəkətləri real vaxtda təkrarlayır.

 

Beləliklə, qarşı tərəf digər istifadəçinin dodaq hərəkətlərini hiss edə bilir və bu, uzaq məsafədə olan cütlüklər arasında emosional əlaqəni gücləndirməyi hədəfləyir. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni texnologiya xüsusilə müxtəlif ölkələrdə yaşayan cütlüklər üçün hazırlanıb və onların videozəng zamanı ünsiyyətini daha interaktiv etməyi məqsəd qoyur.

 

Niyaz Hacıyev

Sfera.az

 

PAYLAŞ