Ən xəsis 4 bürc BUNLARDIR - ADLAR

Ən xəsis 4 bürc BUNLARDIR - ADLAR
Kateqoriya məlum deyil
T

Bəzi bürclərin maliyyə məsələlərində digərlərinə nisbətən daha qənaətcil davranır. Astroloqlar bildirirlər ki, bu bürclər pul xərcləyərkən daha ehtiyatlı olur, büdcələrini ciddi şəkildə planlaşdırır və gələcək üçün yığım etməyə üstünlük verirlər.

 

Məhz bu xüsusiyyətlər isə bəzən onların “xəsis” kimi xarakterizə olunmasına səbəb olur.

 

Sfera.az bu bürcləri təqdim edir:

 

Buğa

 

Maddi sabitliyi və rahat həyat tərzini çox sevir. Bu səbəbdən Buğalar qazandıqları pulu diqqətlə xərcləyir və lazımsız xərclərdən qaçmağa çalışırlar. Onların əsas məqsədi maliyyə təhlükəsizliyini qorumaqdır.

 

Qız

 

Qız bürcü isə planlı və hesablı davranışı ilə tanınır. Bu bürcün nümayəndələri xərclərini daim nəzarətdə saxlayır, hər bir alış-verişi əvvəlcədən düşünür və büdcə planı qururlar. Bu xüsusiyyət bəzən başqaları tərəfindən xəsislik kimi qəbul edilir.

 

Oğlaq

 

Oğlaq bürcünün də pul məsələlərində ehtiyatlı olduğu vurğulanır. Oğlaqlar uzunmüddətli maliyyə sabitliyinə önəm verir və gələcək üçün pul yığmağı vacib hesab edirlər. Buna görə də onlar impulsiv xərclərdən uzaq dururlar.

 

Əqrəb

 

Maliyyə məsələlərində ehtiyatlı davranan bürclərdən biri də Əqrəb hesab olunur. Astroloqlar bildirirlər ki, Əqrəblər pulları ilə bağlı qərarları çox düşünərək qəbul edir və maliyyə məsələlərini çox vaxt gizli saxlayırlar.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ