Bu günlər risklidir, diqqətli olun - ASTROLOQDAN XƏBƏRDARLIQ

Məşhur astroloq Dinçer Güner gündəlik ulduz falı proqnozunu açıqlayıb. O bildirib ki, yaxın 4 gün ərzində xüsusi bir dövrün təsirində olacağıq və bu müddət ərzində izləyicilər maliyyə məsələlərində daha diqqətli olmalıdır.
“Pulunuza diqqətli olun”, — deyə Güner xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, Venera həm Neptun, həm də Saturn ilə birlikdə hərəkət edir, bu da emosional yüksəlişlər, ideallaşdırılmış hisslər və münasibətlərdə gözlənilməz maneələr gətirə bilər.
“Birdən böyük ehtirasla birinə cəlb oluna bilərsiniz, amma qarşı tərəf gözlədiyiniz qədər isti olmayacaq”,-deyə Güner qeyd edib. Güner xüsusilə şəxsi münasibətlərdə ehtiyatlı olmağı tövsiyə edir.
“Bu dövr digər insanı ideallaşdırmadan sevməyi öyrənmək üçün güclüdür. Yeni tanışlıqlarda tələsməyin, köhnə münasibətlərdə isə dəyişiklikləri müşahidə edin”,- deyə o əlavə edib.
Astroloq həmçinin vurğulayıb ki, öz dəyərinizi qorumaq vacibdir: “Münasibətlərdə özünüzü sevilməmiş və ya dəyərsiz hiss etməyin, digər insanın niyyətlərini diqqətlə ayırd etmək lazımdır”.
Dinçer Güner yaxın günlərdə maliyyə məsələlərində diqqətli olmağı tövsiyə edir.
“Zahirən sərfəli görünən, amma nəticədə dəyərsiz impulsiv alış-verişlərdən və investisiyalardan uzaq olun. Xəyalınızdakı layihəni intizamlı iş vasitəsilə reallaşdırmaq daha faydalıdır”, — deyə o bildirib. Astroloq həmçinin qeyd edir ki, bu dövr mənəvi fəaliyyətlər, şeir yazmaq, rəsm çəkmək və özünüzü dərk etmək üçün əlverişlidir. “Daxilə dönüb yaralarınızı sağaltmaq və ruhən balans yaratmaq üçün yaxın günlər əla fürsətdir”,- deyə Güner əlavə edib.
Mənsumə
Sfera.az
