Heyvanlar üçün smartfon istifadəyə verildi - FOTO

Ev heyvanları üçün hazırlanmış ilk əsl smartfon — “PetPhone” istifadəyə təqdim olunub. Cihaz pişik və itlərin boynuna bərkidilir və sahib ilə heyvan arasında ikitərəfli ünsiyyət yaratmağa imkan verir.
Sfera.az xəbər verir ki, “PetPhone” həm zəng etmək, həm də zəng qəbul etmək funksiyasına malikdir. Sahib cihaz vasitəsilə heyvanın səsini eşidə və ona salam göndərə bilər. Cihaz həmçinin heyvan müəyyən hərəkətləri etdikdə avtomatik zəng başlada bilir. Məsələn, sensorlar 6 saniyə ərzində üç atlama aşkarladıqda sistem avtomatik zəng edir.
Bu xüsusiyyət fırtına və ya səs-küylü vəziyyətlərdə heyvanı sakitləşdirmək üçün də istifadə oluna bilər. Cihazda SIM kart yoxdur. Əvəzinə “PetPhone” bulud infrastrukturu vasitəsilə fəaliyyət göstərir və dünyanın 200-dən çox ölkəsində işləyən 390 mobil operatorla əlaqəlidir. “PetPhone”un GPS sistemi heyvanın yerini dəqiq izləməyə imkan verir.
Sistem həmçinin hərəkətləri izləyir, gəzinti zamanı qət edilən məsafəni və təxmini yandırılan kalorini hesablayır. Cihazdakı süni intellekt isə heyvanın fiziki vəziyyətini daim monitorinq edir və qeyri-adi vəziyyət aşkar edildikdə sahibə xəbərdarlıq göndərir. Cihazın qiyməti təxminən 90 avrodur və yaşıl və çəhrayı rəng seçimləri mövcuddur. Əlavə mobil tətbiq vasitəsilə heyvanın sevimli musiqisini uzaqdan səsləndirmək, digər sahiblərlə sosial əlaqə qurmaq və heyvan sahibləri üçün tədbirlər təşkil etmək mümkündür.
Mənsumə
Sfera.az

