8 martda Rihannanın evi atəşə tutuldu

8 martda Rihannanın evi atəşə tutuldu
Kateqoriya məlum deyil
T

8 mart bazar günorta saatlarında bir qadın Rihannanın “Beverli Hills”dəki evinə hücum edərək atəş açıb.

 

Sfera.az xəbər verir ki, naməlume qadın maşınla ulduzun evinə gəlib və bir neçə atəş açıb. Hücum zamanı Rihanna içəridə olub.

 

Polis dərhal sonra qadını saxlaya bilib. Şahidlər onun 30 yaşdan yuxarı olmadığını iddia edirlər.

 

Rihanna həmin vaxt evdə olsa da, onun sevgilisi, A$AP Rocky (Rakeem Atelaston Myers) və üç övladının (üç yaşlı RZA, iki yaşlı Riot və beş aylıq Roki)də evdə olub-olmadığı məlum deyil.


Atışmaya nəyin səbəb ola biləcəyi məlum deyil. Hüquq-mühafizə orqanları hazırda hadisənin motivini müəyyən etməyə çalışır.

 

Şahidlərin sözlərinə görə, evin yerləşdiyi küçə bağlanıb. Rihannanın evinin ətrafına sarı lent çəkilib.

 

Qeyd edək ki, Rihanna ailəsi ilə birlikdə 14 milyon dollarlıq malikanədə yaşayır. O, 2021-ci ildə Pol Makkartninin mülkünün qarşısında yerləşən həyəti və üzgüçülük hovuzu olan beş yataq otaqlı mülkü alıb. Malikanə əvvəllər Meri Şeldona məxsus olub.

 

Aynil

PAYLAŞ