"Qanlı Şəlalələri"in sirri açıldı

Antarktidanın kimsəsiz buzlaqlarında bir əsrdir "Qanlı Şəlalə" kimi tanınan təbii fenomenin sirri nəhayət ki, alimlər tərəfindən aparılan son tədqiqatlarla açılıb. Teylor buzlağından sızan qan-qırmızı axınların buzlağının öz böyük çəkisi altında yaşadığı "fiziki çökmə" nəticəsində səthə püskürdüyü konkret məlumatlarla ilk dəfə sübut edilib.
Sfera.az bildirir ki, ilk dəfə 1911-ci ildə kəşf edilən bu qəribə təbii fenomendə suyun rəngi ilə bağlı sirlər əvvəllər də açılmışdı.
Buzlağın dərinliyində qalan qədim, duzlu və dəmirlə zəngin su səthə qalxdıqca oksigenlə təmasda olduqdan sonra saniyələr ərzində oksidləşir və qırmızıya çevrilir. Lakin bu suyun dondurucu Antarktida soyuqlarında necə maye qalması və onun püskürməsinə səbəb olan mexanizm indiyə qədər yalnız bir sirr olaraq qalmışdır.
Yeni bir araşdırma, püskürmələri tətikləyən əsas mexanizmi ortaya qoyub. 2018-ci ildə bölgəyə yerləşdirilmiş GPS izləyiciləri, HD kameralar və dərinlik sensorları təsadüfən eyni vaxtda qeydə alınaraq tədqiqatçılara unikal məlumat təqdim edib. Geoloq Peter T. Doranın rəhbərlik etdiyi komanda prosesi nəhəng bir süngərə basmağa bənzədir.
Tapıntılara görə, milyonlarla ton buz altında qalan suya böyük təzyiq yaradır.
Buzlaq hərəkət etdikcə bu suyu daxili çatlara itələyir və təzyiq dözülməz bir nöqtəyə çatdıqda, su arteriyadan çıxan fışqırıq kimi səthə püskürür. Suyun buraxılması ilə altındakı təzyiq dayağı yox olur və nəhəng buzlaq silkələnib aşağıya doğru çökür.
Bölgədəki həddindən artıq soyuqlara baxmayaraq fasiləsiz axının sirri suyun həddindən artıq duzluluğundadır. Duz suyun donma nöqtəsini əhəmiyyətli dərəcədə aşağı salır və buzlaqdakı kanalların hər zaman açıq qalmasını təmin edir. Bu kəşf Antarktidanın geoloji dinamikasını anlamaqda inqilabi bir addım kimi təsvir olunur.
Aynil
