Gizli klubun üzvləri açıqlandı - Siyahıda hansı məşhurlar var?

Gizli klubun üzvləri açıqlandı - Siyahıda hansı məşhurlar var?
Kateqoriya məlum deyil
T

Kaliforniyada yerləşən ultra-eksklüziv "Bohemian Grove" klubunun üzvlərinin adlarının mediaya sızması böyük rezonans doğurub.

 

Sfera.az xəbər verir ki, siyahıda ABŞ-nin siyasət, biznes və texnologiya dünyasının ən nüfuzlu simalarının adları yer alır.

 

Onların arasında milyarder və Nyu-Yorkun sabiq meri Maykl Blumberq, “Google”un keçmiş baş direktoru Erik Şmidt və əfsanəvi aktyor-rejissor Klint İstvud da var.

 

"New York Post" yazır ki, "Bohemian Grove" Amerikanın ən varlı və təsirli şəxslərinin bir araya gəldiyi qapalı məkandır. Klub Kaliforniyanın Sonoma şərab bölgəsində 2700 akr ərazini əhatə edir və San-Fransiskoda özəl klub evi ilə fəaliyyət göstərir.

 

Burada hər il iki həftəlik toplantılar keçirilir. Klubun ən çox müzakirə olunan ənənələrindən biri isə “Qayğı Kremasiyası” adlı simvolik mərasimdir. Bildirilir ki, bu mərasim zamanı iştirakçılar simvolik olaraq narahatlıqlarını bir kənara qoyaraq qapalı mühitdə görüşlər və qeyri-rəsmi müzakirələr aparırlar.

 

Məlumata görə, üzvlük siyahısı müstəqil jurnalist Daniel Boquslav tərəfindən əldə edilib və siyahı klub iştirakçılarından biri vasitəsilə təsdiqlənib. Ümumilikdə 2000-dən çox üzvün müxtəlif “düşərgələr”də təşkil olunduğu bildirilir.

 

Siyahıda yer alan tanınmış simalar:


Siyasi fiqurlar:

 

Paul Pelosi – ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin həyat yoldaşı

Edvin Meese – ABŞ-nin keçmiş baş prokuroru

Cames Baker – keçmiş dövlət katibi və xəzinədarlıq katibi

 

Biznes liderləri:

 

Carlz Koç – milyarder və siyasi donor

Riley Beçel – Beçtel Korporasiyasının varisi və sabiq baş direktoru

Maykl Blumberq – milyarder media maqnatı

 

Texnologiya nümayəndələri:

 

Erik Şmidt – “Google”un keçmiş baş direktoru və “Alphabet”in sabiq sədri

 

Bundan əlavə, iddialara görə, sabiq ABŞ dövlət katibi Henry Kissincer və Ali Məhkəmənin hakimi Klarens Tomas da klubun toplantıları ilə əlaqələndirilir.

 

Sızıntı sosial mediada və ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Qeyd olunur ki, ilk dəfədir bu qədər geniş miqyasda gizli klubun mümkün üzvləri ictimaiyyətə açıqlanır. Məsələ ABŞ-də güc və təsir mərkəzləri barədə müzakirələri yenidən gündəmə gətirib.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ