Ölən şəxs paylaşım edəcək – "Meta" patent aldı

Ölən şəxs paylaşım edəcək – "Meta" patent aldı
Kateqoriya məlum deyil
T

"Meta" istifadəçilərin ölümdən sonra onların tərzinə uyğun şəkildə məzmun yarada biləcək süni intellekt (AI) sisteminin patentini əldə edib. 


Sfera.az xəbər verir ki, yeni texnologiya sosial media hesablarını rəqəmsal “ikiz” vasitəsilə aktiv saxlamağa imkan verəcək.


Patent sənədinə görə, sistem istifadəçinin keçmiş paylaşımlarını, danışıq tərzini və sosial media fəaliyyətini təhlil edərək, onların yerinə şərh yazmaq, paylaşım göndərmək və hətta izləyicilərlə görüntülü söhbətlər aparmaq qabiliyyətinə malik olacaq.


Layihə hazırda yalnız konsept mərhələsindədir və "Meta" tərəfindən tətbiq planları hələ yoxdur. Şirkət, əsas məqsədin istifadəçilərin hesablarını itirmədən qorumaq olduğunu bildirir. Lakin sənəddə, xüsusilə nüfuzlu istifadəçilərin ölümündən sonra rəqəmsal dünyada fəaliyyətini davam etdirməsinin mümkünlüyü də vurğulanıb.
Ekspertlər və hüquqşünaslar, vəfat etmiş şəxsin AI tərəfindən təqlid edilməsinin etik və hüquqi problemlər yarada biləcəyini bildirirlər. Daha əvvəl "Microsoft" da oxşar bir patent almış, amma layihəni həyata keçirməmişdi. 


Mütəxəssislər, yalnız məşhurların deyil, hər kəsin rəqəmsal mirasını planlayarkən AI istifadə qaydaları üzrə sərhədlər müəyyən etməsinin vacib olduğunu qeyd edirlər.

 

Mənsumə 
Sfera.az

PAYLAŞ