Yaz fəslində bu 5 parça əşya dolabınızda olmalıdır

Yaz fəslində bu 5 parça əşya dolabınızda olmalıdır
Kateqoriya məlum deyil
T

 

Soyuq qış günlərindən sonra yaz ayları ilə birlikdə qarderobunuzda bəzi vacib əşyalar olmalıdır.

 

Sfera.az bildirir ki, dəb mütəxəssisləri havalar isinməyə başlayanda həm rahat, həm də zövqlü görünmək üçün bu 5 parçanı nəzərdən qaçırmamağı tövsiyə edir:

 

Dəbli paltolar

 

Yazda hava gözlənilməz ola bilər – ani yağış, sərin külək. Pastel və canlı rəngli paltolar qarderobunuzda həm zövqü, həm də komfortu təmin edəcək.

 

Yüngül yaz şalı

 

Qışın ağır şalları artıq arxada qaldı. Zərif naxışlı yaz şalları boynunuzu isti saxlayır, küləkdən qoruyur və görünüşünüzə yüngüllük qatır.

 

Hər şeylə uyğunlaşan naxışlı donlar

 

Naxışlı donlar həm nostaljik, həm də rahat hiss verir. Onları sandaletlə və ya idman ayaqqabısı ilə kombin etmək mümkündür. Yaz ayları üçün ideal seçimdir.

 

Rahat və dəbli idman şalvarları

 

Yaz deyəndə ağıla gələn ilk anlayış rahatlıqdır. Zövqlü idman şalvarları həm gündəlik geyim, həm də tədbir üçün uyğundur. Stilinizə fərqli toxunuş əlavə etmək üçün qarderobunuzda mütləq olmalıdır.

 

Gül nümunəli əşyalar

 

Gül naxışları bu yazın dəbində ön sıradadır. Gül naxışlı donlar, kombinezonlar, bluzlar və ətəklər bahar sevincini qarderobunuza gətirəcək.

 

Mənsumə

Sfera.az

PAYLAŞ