Cennifer Lopez 18 yaşlı əkizlərini paylaşdı - Fotolar

Cennifer Lopez 18 yaşlı əkizlərini paylaşdı - Fotolar
Kateqoriya məlum deyil
T

56 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez övladları Maks və Emmanın ad günlərini təbrik edib. Əkizlərin 18 yaşı tamam olub.

 

Sfera.az bildirir ki, Ceniffer Lopez “İnstaqram”da arxiv fotolarını paylaşıb. J. Lo Maks və Emmanın illər ərzində necə dəyişdiyini göstərib.

 

Müğənni Mark Entoni ilə evliliyindən olan, J. Lonun "hindistan cevizi" adlandırdığı əkizlər artıq 18 yaşını qeyd edib. 
"Siz gecənin bir yarısında, Nyu-York şəhərinin illərdir gördüyü ən böyük və ən gözəl qar fırtınasının ortasında dünyaya gəlmisiniz!!! Maşında gəzib pəncərədən baxdığımı xatırlayıram, o gecə hər şey parıldayırdı və ağ rəngə bürünmüşdü, ikinizi də doğulmazdan əvvəl son bir neçə dəqiqə bətnimdə saxlayırdım. Sanki Tanrı sizin təmiz sehrlə dolu bir dünyaya girəcəyinizə zəmanət vermişdi!!! Ürəyimdə bilirdim ki, həyatınız həmişə belə olacaq!!!"-deyə müğənni yazıb.

 

J.Lo etiraf edib ki, bundan sonra onun həyatı əbədi olaraq dəyişib.

 

"İnana bilmirəm ki, artıq böyümüsünüz... 18 yaşındasınız! Hər ikiniz çox mehriban, səxavətli və sevgi dolusunuz. 18 il əvvəl Tanrı sizi bütün istedad, ruhunuz və ürəyinizlə bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün bura göndərməyi seçdi. Bu gün dünya necə də şanslı idi, çünki bunu mənim üçün və hər ikinizi tanımaq şansı olan hər kəs üçün edirsiniz"- deyə J.Lo qeyd edib.

 

Qeyd edək ki, uşaqların atası Lopezin 2014-cü ildə boşandığı keçmiş əri Mark Entonidir. Mark artıq 2023-cü ilin iyun ayında musiqiçinin uşağını dünyaya gətirən və yenidən hamilə olan model Nadia Ferreira ilə evlidir. 

 

Bu arada, Lopez 2022-ci ildə “Oskar” mükafatı laureatı aktyor Ben Afflek ilə evlənib. Lakin Afflek və Lopezin evliliyi cəmi iki il davam edib. Evliliklərinin ikinci ildönümündə müğənni boşanmaq üçün müraciət edib. Bundan əvvəl cütlük bir neçə ay ayrı yaşamışdılar.

 

Aynil

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ