Bu tarixlərdə doğulanlar uğurlu və uzunömürlü olur - RƏQƏMLƏR

Numerologiya sahəsində aparılan araşdırmalara görə, insanın doğum tarixindəki rəqəmlər onun xarakteri, taleyi və hətta ömür uzunluğu ilə əlaqələndirilir.
Sfera.az xəbər verir ki, xüsusilə 1, 7 və 8 rəqəmləri ilə bağlı doğum tarixləri daha güclü enerji və davamlılıq simvolu hesab olunur. Bu yanaşmanın əsasları qədim dövrlərə, Pifaqor məktəbinə qədər gedib çıxır.
Pifaqorçular hesab edirdilər ki, kainatın harmoniyası rəqəmlər üzərində qurulub və hər bir rəqəmin özünəməxsus vibrasiyası var. Xüsusilə ayın 1-i, 7-si, 8-i, 17-si və 26-sı doğulan şəxslər uzunömürlülük enerjisi daşıyırlar. Həyat yolu rəqəmi 8 və ya 9 olanların isə fiziki və mənəvi baxımdan daha dayanıqlı olduqları iddia edilir.
Bundan əlavə, doğum tarixində iki və ya daha çox 1 rəqəmi, eləcə də 7 rəqəminin təkrarlanması güclü həyat enerjisi və sağlamlıq göstəricisi kimi şərh olunur. Numeroloqlar hesab edirlər ki, bu rəqəmlər insanın taleyində qoruyucu və balanslaşdırıcı rol oynayır.
Niyaz Hacıyev
Sfera.az
