Ancelina Coli reaksiyası ilə hər kəsi şoka saldı

Parisə səfəri zamanı Ancelina Coli paparassilərin təzyiqi altında yıxılan bir pərəstişkarına kömək etmək üçün izdihamın ortasında dayanıb. Bu təsirli an videoya çəkilib və tez bir zamanda sosial mediada viral olub.
Sfera.az bildirir ki, dünya şöhrətli aktrisa yeni filmi "Couture"ü tanıtmaq üçün Fransa paytaxtına səfər edib. Premyeradan və sosial tədbirlərdən sonra o, onlarla pərəstişkarının və fotoqrafın artıq gözlədiyi otelə gedib, imza və foto almaq üçün izdiham ulduzun ətrafına toplaşıb.
Videoda bir pərəstişkarın əzilmə nəticəsində tarazlığını itirərək yerə yıxıldığı görünür. Coli dayanıb, təhlükəsizlik işçilərinə geri çəkilmək üçün işarə edib və şəxsən özü yaxınlaşaraq onun yaxşı olub-olmadığını soruşub. Yaxşı olduğunu təsdiqlədikdən sonra Coli ona avtoqraf verib və sonra maşınına əyləşib.
Sosial şəbəkə istifadəçiləri aktrisanın hərəkətlərini həqiqi empatiyanın təzahürü adlandırıblar və onun hər vəziyyətdə insan olaraq qaldığını qeyd ediblər.
Aynil
