Oğurlanmış “iPhone”u qaytarmaq üçün Almaniyadan Afrikaya getdi

Oğurlanmış "iPhone"u qaytarmaq üçün Almaniyadan Afrikaya getdi
Kateqoriya məlum deyil
T

Alman kişi oğurlanmış smartfonu qaytarmaq üçün Seneqala 5000 kilometr yol qət edib.

 

Sfera.az bildirir ki, kişi bunu sosial media platformasındakı paylaşımı 30.000 bəyənmə topladıqdan sonra “İnstaqram” izləyicilərinə bunu edəcəyinə söz verdiyi üçün edib.

 

Belə ki, Almaniyanın Axen şəhərindən olan bir kişi smartfonunun oğurlandığını öyrənəndə geolokasiya funksiyasını aktivləşdirib. Onun “iPhone”u təxminən 5000 kilometr uzaqlıqda, Seneqala çatıb.

 

O, itkini qəbul etməkdən imtina edib və “İnstaqram”da paylaşımı 10.000 bəyənmə alacağı təqdirdə Afrikaya uçacağını və iPhone-unu geri qaytaracağını bildirib. Tezliklə sonuncu postunun 30.000 bəyənmə topladığını və oğurlanmış telefonunu almaq üçün Seneqala uçduğunu bildirib.

 

"Hələ tikintini bitirməliyəm, demək olar ki, pulum qurtarıb və bunu anama necə izah edəcəyimi belə bilmirəm"-deyə Yassin adlı kişi yazıb.

 

Alman avtostopla Brüsselə gedib və oradan Seneqalın paytaxtı Dakara uçub. O, macərasını “İnstaqram”da paylaşıb. Lakin otelə baş çəkərkən ona telefonun yerinin göstərildiyi əraziyə getməməsi tövsiyə edilib, çünki ərazi cinayət nisbətinin yüksəkliyi ilə seçilir. 

 

Polis cihazın geolokasiyasının çox qeyri-dəqiq olduğunu iddia edərək ona kömək etmək istəməyib. Lakin Yassin təslim olmayıb və yerli birinin köməyi ilə siqnalı izləyib. Nəhayət, işçinin oğurlanmış smartfonu saxladığı mobil telefon mağazasına çatıblar. Satıcıya telefonu qaytarmaq və ya polisə məlumat vermək seçimi təklif edilib. Yassin nəhayət telefonunu geri alıb, həm də bu macəradan sonra indi “İnstaqram”da təxminən 86.000 izləyicisi var.

 

Xatırladaq ki, smartfon yaddaşı heç bir mürəkkəb addım atmadan boşaldıla bilər. Mütəxəssislər yeni məlumatları saxlamaq və sistemin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün sadə optimallaşdırma üsullarından istifadə etməyi məsləhət görürlər. Sadəcə lazımsız faylları və tətbiqləri silib, ani mesajlaşma tətbiqlərinin keşini təmizləmək lazımdır.

 

Aynil

Sfera.az

PAYLAŞ