Ledi Qaqanın yeni görüntüsü suallar doğurdu: nə baş verir?

Ledi Qaqanın yeni görüntüsü suallar doğurdu: nə baş verir?
Kateqoriya məlum deyil
T

39 yaşlı pop ulduzu, daha çox Ledi Qaqa kimi tanınan Stefani Germanotta “Super Kubok”  şousu zamanı reper Bad Bunniyə qoşularaq sürpriz şəkildə səhnəyə çıxıb. Sənətçinin görünüşdəki dəyişiklikləri sosial mediada izləyicilər arasında qızğın müzakirələrə səbəb olub.

 

Sfera.az bildirir ki, Ledi Qaqa nəzərəçarpacaq dərəcədə arıqlaması diqqət çəkib. 

 

Ledi Qaqa Kaliforniyanın Santa Klara şəhərində səhnəyə çıxaraq Bad Bunnin müşayiəti ilə “Die With A Smile" hit mahnısını ifa edib. Sənətçinin 2024-cü ildə Bruno Mars ilə duet şəklində yayımladığı mahnı bu dəfə salsa elementləri ilə ifa edilib.

 

Qaqa tamaşaçılar qarşısına qırmızı hibiskus çiçəyi olan mavi donla çıxıb. Qırmızı ayaqqabılar və parlaq dodaq boyası görünüşü tamamlayıb.

 

Müğənninin çıxışı sosial mediada qarışıq reaksiyalara səbəb olub. “X” istifadəçiləri sənətçinin görünüşünü şərh edərək, onun üzündəki dəyişikliklərə diqqət çəkiblər. Onlar müğənninin nəzərəçarpacaq dərəcədə arıqladığını və “qocaldığını” yazırlar.

 

Qeyd edək ki, pop ulduzu gənc yaşlarından artıq çəki ilə mübarizə aparıb və hətta bulimiyadan əziyyət çəkdiyini etiraf edib. Bir vaxtlar qəfil çəki itirməsi səbəbindən müğənninin hamilə olduğu şübhəsi də yaranıb.

 

Aynil

PAYLAŞ