“Samsung Galaxy S26”nın xüsusiyyətləri açıqlandı

"Samsung Galaxy S26"nın xüsusiyyətləri açıqlandı
Kateqoriya məlum deyil
T

“Samsung”un yeni flaqman smartfonları olan “Galaxy S26” və “Galaxy S26+” modellərinin əsas texniki xüsusiyyətləri rəsmi təqdimatdan əvvəl məlum olub. 

 

Sfera.az xəbər verir ki, məlumatlar texnologiya dünyasında etibarlı mənbə kimi tanınan “Gadgetsdata” tərəfindən paylaşılıb.


Məlumata görə, “Galaxy S26” modeli əvvəlki nəsillə müqayisədə bir qədər daha böyük dizayna sahib olacaq. Cihaz 6,3 düymlük M14 AMOLED ekranla təchiz ediləcək. Seriyanın daha yüksək səviyyəli modeli olan “Galaxy S26+ isə 2K” parlaqlıq 6,7 düymlük ekran təqdim edəcək.


Hər iki modeldə 120 Hz yeniləmə sürəti, HDR10+ dəstəyi və IP68 standartına uyğun suya və toza davamlılıq xüsusiyyətlərinin yer alacağı bildirilib.


Prosessor tərəfdən cihazların bazardan asılı olaraq “Exynos 2600” və ya “Snapdragon 8 Elite Gen 5” çipsetləri ilə satışa çıxarılacağı gözlənilir.


Kamera xüsusiyyətlərinə gəldikdə, “Galaxy S26” və “S26+” modellərinin 50 MP əsas kamera, 12 MP ultra geniş bucaqlı kamera və 50 MP telefoto kameradan ibarət üçlü kamera qurğusu ilə təchiz olunacağı iddia edilib.


Batareya göstəricilərinə əsasən, “Galaxy S26” modeli 25 Vt sürətli şarj dəstəyi olan 4300 mAh batareya ilə, “Galaxy S26+” isə 45 Vt sürətli şarjı dəstəkləyən 4900 mAh batareya ilə təqdim ediləcək.


Bundan əlavə, yeni flaqman seriyasının Qi2 simsiz şarj texnologiyası və USB 3.2 portu kimi müasir imkanlar təklif edəcəyi də bildirilib.


Qeyd edək ki, bütün bu məlumatlar rəsmi təsdiqini tapmayıb və “Samsung”un təqdimat zamanı bəzi dəyişikliklər etməsi mümkündür.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ