Məşhurların bürcləri: Hansı bürclər daha çox yayılıb?

Dünyada məşhur şəxslər arasında bəzi bürclər digərlərinə nisbətən daha çox üstünlük təşkil edir.
Sfera.az xəbər verir ki, statistik məlumatlara əsasən, məşhurlar arasında Xərçəng və Şir bürcləri ən çox rast gəlinən bürclər sırasındadır.
Araşdırmalar zamanı əldə olunan ümumi göstəricilərə görə, məşhurların bürcləri adətən Xərçəng, Şir, Qoç, Tərəzi, Oğlaq bürcləridir.
Məlumatlara görə, peşələr üzrə də müəyyən fərqlər müşahidə olunur. Belə ki, aktyorlar arasında Əkizlər bürcü daha çox üstünlük təşkil edir. Musiqiçilər arasında isə Oxatan bürcünə malik məşhurların sayı digərlərinə nisbətən daha çoxdur. Bununla yanaşı, bəzi araşdırmalarda Dolça bürcünün də məşhurlar arasında yüksək paya sahib olduğu qeyd olunur.
Bildirilir ki, bu göstəricilər geniş nümunələr əsasında hazırlanıb və tam dəqiq hesab edilə bilməz. Lakin bir çox astroloqlar bürclərlə məşhurların xarakter xüsusiyyətləri və karyera uğurları arasında müəyyən uyğunluqların mövcud olduğunu düşünürlər.
Fidan Hacızadə
Sfera.az
