Yarım milyonun dalınca ölümə atıldı

1972-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş üzvü, 28 yaşlı Martin MakNalli qumar borcları və asan pul arzusu ilə ağlasığmaz plan qurdu.
O, “American Airlines”ə məxsus Boeing 727 təyyarəsini qaçıraraq yarım milyon dollar tələb etdi və uçuş zamanı paraşütlə tullanmaq istədi.
Sfera.az bildirir ki, lakin plan fəlakətlə nəticələndi. Heç vaxt paraşütlə tullanmadığı halda, gecə vaxtı saatda təxminən 480 km sürətlə təyyarədən atlandı. Pulların olduğu çanta havada açılaraq yerə düşdü, ehtiyat paraşüt isə vaxtından tez açıldığı üçün onu yaraladı. Enış xaosla bitdi.
MakNalli bu addımı 1971-ci ildə sirli şəkildə yoxa çıxan D.B. Kuperin hekayəsindən ilhamlanaraq atmışdı. Ancaq “təyyarə qaçırmalarının qızıl dövrü”ndə belə ABŞ məhkəmələri amansız idi. O, hava quldurluğuna görə iki ömürlük həbs cəzası aldı və təxminən 40 il həbsxanada qaldı. Yalnız 2010-cu ildə şərti azadlığa buraxıldı.
Həbs ediləndə girov pulundan cibində cəmi 13 dollar qalmışdı. Bu gün 81 yaşlı MakNalli sakit həyat sürür və geriyə baxaraq həmin planı “dəlilik” adlandırır:
“Ömrümün illərini bir yığın kağıza dəyişdim”.
Onun bu dramatik hekayəsi əsasında “Amerika Təyyarəsini Qaçıran” adlı sənədli film də çəkilib.
Aynil
